Samux rayonunda yeni intensiv meyvə bağlarının salınması davam edir
İntensiv üsulla becərilən meyvə bağlarının salınması Samux rayonunda da geniş vüsət almışdır.
2024-cü ilin yanvar-iyul aylarında rayonda 2364,3 hektar meyvə bağları mövcud olmuşdur ki, onun da 103,2 hektarını yeni salınmış meyvə bağları təşkil etmişdir.
Mövcud olan meyvə bağlarının 209,5 hektarı intensiv üsulla becərilən sahələrdir ki, bunun da 41,6 hektarını yeni salınmış bağlar təşkil etmişdir.
İntensiv üsulla becərilən bağların 28,3 hektarı xurma, 3,0 hektarı alma, 7,0 hektarı heyva, 17,2 hektarı ərik, 136,3 hektarı şaftalı, 1,3 hektarı gavalı, 0,8 hektarı alça, 15,6 hektarı gilas bağları olmuşdur.
2024-cü ilin yanvar-iyul aylarında meyvə bağlarından 4336,9 ton meyvə yığılmışdır ki, bundan da 178,6 tonu intensiv üsulla becərilən meyvə bağlarının payına düşür.
Samux Rayon Statistika İdarəsi
Xəbəri paylaş