Baş prokuror cinayətlərin açılmasında jurnalistlərin rolundan danışdı
“Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub”.
Mubarizciler.az xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev Milli Mətbuat Gününə təsadüf etmiş geniş Kollegiya iclasında deyib.
Cinayətkarlığa qarşı aparılan mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlərdən danışan baş prokuror jurnalistlərin sərf etdiyi əməyi xüsusi qeyd edib:
“Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb”.
Baş prokuror media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib və onlara səmərəli əməkdaşlığa görə təşəkkür edib.
Xəbəri paylaş