Xəbər lenti

Goranboyda növbəti sel suları yenə fəsadlara səbəb olub - Fotolar

Tarix: 15-05-2024 10:04     Baxış: 2 842

Bildiririk ki,  may ayının 12-14-ü tarixlərində  baş verən leysan yağışları nəticəsində Gorançayın Qaraçay qolunda və İncəçay çayında suyun səviyyəsi artıb, yaranan sel suları Goranboy rayonunun  Tatarlı, Səfikürd, Xan Qərvənd və Əlirzalı kəndləri ərazisində əkin sahələrinə, fərdi təsərrüfatlara qismən  ziyan vurub. Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslər və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə mövcud vəziyyətlə yerində maraqlanıb. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar