Xəbər lenti
25-07-2026, 19:27
 

Vətən müharibəsi iştrakçısı dünyasını dəyişdi - Foto

Tarix: 02-03-2024 23:05     Baxış: 2 576

Vətən müharibəsi iştirakçısı Vüsal Güloğlan oğlu Məlikov vəfat edib.

Mubarizciler.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Məlumata görə, Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Vüsal Məlikov dünyasını dəyişib.

V.Məlikov ötən gün idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə Ağsu-Ağarx-Qaradağ avtomobil yolunun Şahbəyli kəndindən keçən hissəsində hərəkətdə olarkən avtomobili aşırıb və hadisə nəticəsində ölüb.

Qeyd edək ki, Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub.

O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. 

Vüsal Məlikov Vətən müharibəsindən sonra “Laçının azad olunmasına görə” medalına layiq görülüb. 

 


Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar