Xəbər lenti
25-07-2026, 19:27
 

Aygün Bəylərin vəfat xəbərinə nazirlikdən REAKSİYA - YENİLƏNİB 0

Tarix: 06-01-2024 22:00     Baxış: 2 947


Azərbaycan Respublikasının əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Bu barədə Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

“Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub”, - o deyib.

20:57

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib.

Mubarizciler.az-ın əldə etdiyi məlumata görə, müğənni bu gün Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

Xatırladaq ki, Aygün Hümmətova 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olub.

2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

(Oxu.Az)





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar