Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

SON DƏQİQƏ: Baş Həkim vəfat etdi - FOTO 0

Tarix: 05-12-2023 20:01     Baxış: 7 077


TƏBİB-in tabeliyindəki Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Allahverdi Quliyev 04.12.2023-cü il tarixində axşam saatlarında vəfat edib.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələr hesabında paylaşım edilib. 

Quliyev Allahverdi İbrahimxəlil oğlu 06.05.1954-cü il tarixində Qazax rayonun Kosalar kəndində anadan olub. 

1976-1982-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1982-1986-ci illərdə Qazax  Rayon Mərkəzi Xəstəxanasında həkim-uroloq işləyib. 1986-2000-ci illərdə Qazax RMX-da həkim-travmatoloq vəzifəsində çalışıb.  2000-ci ildən 2012-ci ilə qədər Qazax Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinin şöbə müdiri kimi fəaliyyət göstərib. 2012-ci ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsini baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. 

2021-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini-baş həkim vəzifəsinə təyin olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar