Şəmkir rayonunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib - FOTO 0
Şəmkir Rayon İcra Hakimiyyətinin, YAP Şəmkir rayon təşkilatının rəhbər heyətinin də iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Mubarizciler.az-ın məlumatına görə, Tədbirdə Müstəqilliyin Bərpası Gününün tarixi və əhəmiyyəti haqqında danışılıb.
Qeyd edilib ki, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib. Xalqımızın rifahının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar bu gün də öz müsbət və səmərəli nəticələrini verməkdədir.
Bildirilib ki, bu gün layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirilib və keçirilməkdə davam edir. Məhz Ali Baş Komandan İham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində işğala son qoyaraq ərazilərimizi azad etdi. Bu qələbə isə xalqımızın qəlbində və zehniyyətində qəhrəmanlıq salnaməsinə çevrildi.
Tədbirdə dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən də ətraflı danışıldı.
Xəbəri paylaş