Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Beynəlxalq Müəllimlər Günü münasibətilə Sektor müdirinin təbriki 0

Tarix: 05-10-2023 00:16     Baxış: 4 746


Hörmətli müəllim heyəti!

Hamınızı 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli müəllimlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Bu gün Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun  kollektivinin həyatında çox xoş və əlamətdar bir gündür.

 Biz  bu gün 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününü qeyd edirik.

Məlumat üçün bildirmək istəyirəm ki, bu günün qeyd edilməsi ilə bağlı qərar 1966-cı il oktyabr ayının 5-də Birləşmiş Millətlər Təşkilatının ali mədəniyyət qurumu olan UNESKO tərəfindən verilmişdir və həmin ildən başlayaraq hər il oktyabrın 5-də dünyada Beynəlxalq Müəllimlər Günü keçirilir. Beynəlxalq Müəllimlər Günü hazırda dünyanın 100-dən çox ölkəsində, o cümlədən  Azərbaycanda  yüksək səviyyədə qeyd olunur.

Müəllim peşəsi tarixən cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, yüksək mənəvi-əxlaqi dəyərlərə malik insanlar yetişir. Məhz belə insanlar cəmiyyəti inkişaf etdirir, onu irəli aparır. Bu gün həyatımızın bütün sahələrində sürətlə inkişaf edən müstəqil ölkəmizin daha da gücləndirilməsində mühüm rol oynayan, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır.

Xüsusi qeyd etmək istəyirəm ki, dünya şöhrətli siyasi xadim, müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə yüksək qiymət verərək demişdir: “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllim adından yüksək ad tanımıram”.

Elm və təhsilin inkişafına ali diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini məhz təhsilə xüsusi diqqət və qayğı təşkil edir. Respublikamızın həyatının bütün sahələrində Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

 Son illər Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması üçün dövlət səviyyəsində böyük işlər görülür. Bilik və bacarıqlarının diaqnostik qiymətləniriliməsi keçirilimiş müəllimlərin əmək haqları artırılıb, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. 

 Təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir, onlara fəxri adlar, mükafatlar verilir.

 Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. 

Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də  Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz.

 Bu missiyanı şərəflə  yerinə yetirdiyinizə görə Sizə təşəkkür edirəm.

 44 günlük Vətən müharibəsi başlayan gündən 760 nəfər təhsil işçisi könüllü şəkildə döyüşlərə qoşularaq, torpaqlarımızın işğaldan azad olunması uğrunda müharibədə fəal şəkildə iştirak etmişdir. Onlardan 20 nəfəri şəhidlik zirvəsinə ucalmışdır.

Vətənpərvər oğulların yetişməsində müəllimlərin çox böyük rolu vardır.

Hazırda qarşımızda dayanan əsas vəzifə müasir biliklərə yiyələnmiş, yüksək texnologiyaları mənimsəmiş mütəxəssislər hazırlamaqdır.

 Hörmətli həmkarlar, sizi bir daha Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm.

Bayramınız mübarək!

Xəyal Sakit oğlu Məmmədov

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi 

Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar