Beynəlxalq Müəllim Günü münasibətilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib - FOTO 0
5 Oktyabr- Beynəlxalq Müəllim Günü münasibətilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsildə keyfiyyətin idarəetməsi üzrə məsləhətçisi Yuliya Kərimova, Aqrar universitetin rektoru Zəfər Qurbanov, rəsmilər, ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə torpaqlarımızın azadlığı uğrunda həlak olan bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsildə keyfiyyətin idarəetməsi üzrə məsləhətçisi Yuliya Kərimova “Öyrətmənin sirri və ya “yaxşı müəllimin sirri nədən ibarətdir?” mövzusunda təqdimatla çıxış edib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək, Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb. İdarə müdiri ölkəmizdə müəllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Tədbirdə 5 Oktyabr – Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təltif olunub.
Tədbir şagirdlərin nümunəvi çıxışları ilə davam edib.
Xəbəri paylaş