Xəbər lenti
25-07-2026, 19:27
 

Cəbrayılın azad edilməsindən üç il ötür 0

Tarix: 04-10-2023 01:23     Baxış: 3 087

Bu gün Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən üç il ötür.

Mubarizciler.az-ın məlumatına görə, 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal edilən Cəbrayıl şəhəri, 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən azad olunub. Elə həmin gün Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin düşmən işğalından azad olunduğunu açıqlayıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar