Xəbər lenti

Naftalan şəhərində “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib - FOTO 0

Tarix: 21-09-2023 16:22     Baxış: 2 212


“Heydər Əliyev İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “‘Əsrin müqaviləsi’ tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır mövzusunda” növbəti tədbir keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisə rəhbərləri iştirak edib.

Tədbiri çıxış nitqi ilə açan icra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. Əminik ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə ölkəmizə və xalqımıza daha böyük uğurlar bəxş edəcək.

Digər çıxış edənlər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər birimizin qürur mənbəyi olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini özündə ehtiva edən videoçarx nümayiş olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar