Qarabağda son 30 ildə baş verənlər 0
Ermənistanın siyasəti 30 ildir ki, Qarabağda gərginliyi artırıb. Azərbaycanla Ermənistan arasında münaqişənin özəyi sayılan Qarabağ problemi 1990-cı illərdə müharibəyə çevrilib. Sovet İttifaqı zəifləməyə başlayanda erməni qüvvələri Qarabağın Sovet Azərbaycanından sovet Ermənistanına verilməsi tələblərini səsləndiriblər. Bu fikir ayrılığı münaqişəyə və 1990-cı illərin əvvəllərində genişmiqyaslı müharibəyə çevrilib.
Ermənistanın təxribatları atəşkəsin pozulması coğrafiyasının genişləndiyini göstərir. Bu təxribatlar Ermənistanın sülh müqaviləsindən yayınmaq cəhdləridir. Onlar vəziyyəti gərginləşdirərək prosesə Cənubi Qafqazda maraqları olan dövlətləri cəlb edir. Lakin onlar Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın rəşadətli Ordusunun gücünü unutmamalıdırlar. Ordumuz yarana biləcək hər hansı təxribata adekvat cavab verməyə qadirdir. Bütün bunların hamısını bölgədə təxribat əmirini verən şəxslər və erməni xalqı da bilir.
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.
Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrin məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib. Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatları, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı.
Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər təqdim olunardı. Onu da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir.
Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq və bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaq. Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq.
Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat
vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır. Bundan başqa, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.
Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır. Hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir. Mövcud şərait bölmələrimizin nəzarəti altındadır.Azərbaycan irəli sürdüyü şərtlərin qəbul edilməsi və qanunsuz dəstələrin tərkisilah edilməsi tələbinin yerinə yetirilməyəcəyi təqdirdə antiterror əməliyyatlarını davam etdirəcəkdir. Erməni tərəfi bundan nəticə çıxarmalıdır.
Xəbəri paylaş