Gəncə şəhər N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı baş tutub - FOTO 0
Sentyabrın 15-də Gəncə şəhər N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı baş tutub.
Mubarizciler.az-ın məlumatına görə, Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, şəhid ailələrinin üzvləri, məktəbin müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və yeni dərs ilində qarşıda duran vəzifələrindən danışıb.
Açılışdan sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, 960 yerlik yeni məktəb binasında 21 sinif otağı, fizika, kimya, biologiya, informatika kabineti, məktəbəhazırlıq və STEAM otaqları, 150 nəfərlik akt zalı, kitabxana, yeməkxana və idman zalı fəaliyyət göstərir.
Xəbəri paylaş