Xəbər lenti

Xəyal Məmmədov "Bilik günü" münasibəti ilə təhsil işçilərini təbrik edib 0

Tarix: 15-09-2023 02:24     Baxış: 6 006

Əziz müəllimlər, şagirdlər və tələbələr!

       Hörmətli valideyinlər !

 İlk növbədə rayonumuzun bütün təhsil işçilərini yeni 2023-2024-cü tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli, çətin və məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar, nailiyyətlər arzu edirəm. 

Eyni zamanda şagirdlər, tələbələr və onların valideynlərini də yeni dərs ili münasibətilə təbrik edir, gənclərə təhsildə uğurlar, valideynlərinə isə övladlarına bəslədikləri ümidlərin doğrulmasını arzulayıram.

  Azərbaycan Respublikasının bütün ali və orta təhsil müəssisələrində hər yeni tədris ilinin ilk gününün "Bilik günü" kimi qeyd edilməsinin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhkəmləndirilmişdir. 

Azərbaycanda təhsil sisteminin ardıcıl inkişafı ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə irəliləmiş, məqsədyönlü şəkildə aparılan islahatlar sayəsində yüksək səviyyəyə çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirmələri və bu yöndə apardıqları ardıcıl dövlət siyasəti respublikamızda bu sahəni müasir dünya standartlarına uyğun inkişaf yoluna çıxarmışdır. Davamlı iqtisadi inkişafı və beynəlxalq siyasi nüfuzunun artması ilə fərqlənən Azərbaycanda hazırda dövlət tərəfindən elm və təhsilə böyük qayğı və diqqət göstərilir.  Ölkəmizdə dövlət səviyyəsində müəllim əməyinin və pedaqoji fəaliyyətin stimullaşdırılmasına yönəlmiş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi də cəmiyyətdə müəllim adını və nüfuzunu xeyli yüksəltmişdir.

 Ölkəmizin təhsil sisteminə, o cümlədən Goranboy təhsilinə göstərilən diqqət və qayğı, gənc nəslin dünyagörüşünün artırılması, bilik səviyyəsinin yüksəldilməsi, rayon sakinləri tərəfindən də böyük məmnunluqla qarşılanmışdır. İnanıram ki, rayonumuzun təhsil işçiləri onlara göstərilən yüksək dövlət qayğısından ruhlanaraq hər il olduğu kimi, builki tədris ilində də yeni-yeni uğurlara imza atacaqlar.

Bir daha təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması münasibətilə səmimi-qəlbdən təbrik edir, böyük müvəffəqiyyətlər arzu edirəm.


Xəyal Məmmədov

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi 

Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar