Goranboyda “Heydər Əliyev Goranboyda-13 sentyabr 2002-ci il” mövzusunda kofrans keçirildi - FOTO 0
Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, “Heydər Əliyev Goranboyda-13 sentyabr 2002-ci il” mövzusunda kofrans keçirildi.
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, RİH-nin təşkilatçılığı, İcra Başçısı Məhərrəm Quliyev, AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev, Xalq qəzetinin bölgə müxbiri əməkdar jurnalist Hamlet Qasımov, rayonun digər rəhbər şəxsləri, rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri, qazilər, ağsaqqallar və ziyalıların birgə iştirakı ilə, Ümummilli Liderimizin Goranboy rayonuna tarixi səfərləri, o cümlədən, 13 sentyabr 2002-ci il tarixli səfəri ilə əlaqədar olaraq, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Goranboyda-13 sentyabr 2022-ci il” mövzusunda ümümrayon tədbiri keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə çıxış edən İcra Başçısı və rayon ziyalıları, xüsusən də, Dahi Şəxsiyyətlə görüşmüş goranboylular, Ümummilli Liderimizin 1978, 1982 və 2002-ci illərdə rayonumuza etdiyi tarixi və unudulmaz səfərləri və keçirdiyi görüşlər barədə geniş söhbətlər etdilər, xoş xatirələrini danışdılar.
Xəbəri paylaş