Xəbər lenti

Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - FOTO/VİDEO 0

Tarix: 11-09-2023 14:11     Baxış: 2 415


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi bildirilib. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olunub, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.

Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar