Xəbər lenti

11 sentyabr terrorundan 22 il ötür - FOTO 0

Tarix: 11-09-2023 10:32     Baxış: 1 512


2001-ci il sentyabrın 11-də ABŞ-də silsilə terror aktları törədilib. Həmin faciədən artıq 22 il ötür.

Mubarizciler.az  xatırladır ki, faciə nəticəsində təxminən üç min insan həlak olub.

Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.

“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilib.

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” qüllənin dağıntılarının təmizlənməsi isə səkkiz aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

11 sentyabr terroru “Əl-Qaidə” lideri Usama bin Laden tərəfindən təşkil edilib.

Ümumilikdə, 11 sentyabr 2001-ci ildə ABŞ-nin müxtəlif bölgələrində törədilən terror aktları nəticəsində Nyu-York, Vaşinqton, Pensilvaniya və Şanksvil ətrafında 2977 nəfər öldürülüb.

İlkin hücumlar və qüllələrin dağılması zamanı həlak olanlardan 343 nəfər Nyu-York şəhərinin yanğınsöndürənləri, 23 nəfər Nyu-York şəhər polis işçiləri və 37 nəfər liman zabitləri olub.

Qurbanların yaşı iki ilə 85 arasında olub. Onların təxminən 75-80%-i kişilər olub.

2001-ci ilin dekabrında 11 sentyabr qurbanlarının Kompensasiya Fondu yaradılıb. 2004-cü ilin iyununa qədər fəaliyyət göstərən fonda qurbanlardan həm ölüm, həm də fərdi xəsarət iddiası ilə 7 408 müraciət daxil olub. Fond bu hallardan 5 560-na kompensasiya verib.

2 yanvar 2011-ci ildən fond yenidən açılıb və fəaliyyətini daha da genişləndirib. Federal fonddan təzminat alan ailələr hava yollarını məhkəməyə verməməyə razılaşıblar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar