Xəbər lenti
25-07-2026, 19:27
 

Füzuli şəhərinə ilk köç başlayıb 0

Tarix: 18-08-2023 13:43     Baxış: 1 897

 Füzuli şəhərinə ilk köç başlayıb.

Mubarizciler.az  xəbər verir ki, ilk olaraq 23 ailənin doğma şəhərinə qayıdışı təşkil edilib.

Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Püşkatmada Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, eyni zamanda, 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar