Xəbər lenti

Prezidentdən Kəlbəcərlə bağlı - Sərəncam 0

Tarix: 17-08-2023 14:06     Baxış: 1 540

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işləri üçün maliyyə vəsaiti ayrılması haqqında sərəncam imzalayıb.

Mubarizciler.az xəbər verir ki, sənədə əsasən, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80,0 (səksən) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar