Xəbər lenti
25-07-2026, 19:27
 

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada HƏLAK OLDU - FOTO 0

Tarix: 12-08-2023 18:44     Baxış: 1 946

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada HƏLAK OLDU.

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Racim Çingiz oğlu Mirzəyevin idarə etdiyi “Mercedes Benz” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

R.Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.


Faktla bağlı araşdırma aparılır.(APA)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar