Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda üç kiloqram narkotik saxlayan şəxs tutulub - FOTO 0

Tarix: 02-08-2023 11:20     Baxış: 4 102


Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Goranboy Rayon Polis Şöbəsindən verilən xəbərə görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Tərtər rayon sakini Ruslan İbrahimov Goranboy rayon Borsunlu kəndi ərazisində saxlanılıb.

Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan ümumi çəkisi üç kiloqram olan narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar