Xəbər lenti

Prezident İlham Əliyev Laçın yolundakı vəziyyətdən danışdı 0

Tarix: 02-08-2023 00:06     Baxış: 2 800


“Hərəkət azadlığı bloklanmayıb. Aprelin 23-dən - sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın iki mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəliblər”.

Mubarizciler.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Laçın yolundakı vəziyyətə dair sualı cavablandırarkən deyib.

“İyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, “iPhone”lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Lakin bu yük maşınlarının üzərində, sürücülərin uniformaları üzərində də Qırmızı Xaçın emblemləri var idi”, - deyə Azərbaycan lideri qeyd edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar