Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Satqınları bu torpaqda dəfn etmək olmaz - Qarabağ veteranından ETİRAZ 0

Tarix: 01-08-2023 17:52     Baxış: 2 163

"Azərbaycan torpağı Surət Hüseynov kimi satqınları qəbul edə bilməz. Mən onun müqəddəs Azərbaycan torpağında dəfn olunmasına etirazımı bildirirəm".

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, Qarabağ veteranı Füzuli Rzaquliyev deyib.

Sabiq baş nazir Surət Hüseynovun Azərbaycan tarixində qara ləkə olduğunu söyləyən müharibə iştirakçısı belə insanların bağışlanmamalı olduğunu bildirib.

"Azərbaycan torpağı belə satqınları, xainləri qəbul edə bilməz. Onun kimi satqınlar Azərbaycanda dəfn olunmamalıdır. Mən buna qəti şəkildə etirazımı bildirirəm. Vətənlə, millətlə, torpaqla alver edən insanları bağışlamaq mümkün deyil. Surət Hüseynov dövlətə qarşı çıxan şəxs idi. Onun ölümü heç bir azərbaycanlını kövrəltməz. Buna əminəm. Azərbaycanı qardaş qırğınına, fəlakətə sürükləyən insan tarixdə yalnız lənətlə xatırlanır. Surət Hüseynov da belə xatırlanacaq. Əlbəttə, ölüm haqdır. İnsan gərək sağlığında vətəni, dövləti qarşısında başıuca, vicdanlı olsun, ləyaqətli həyat yaşasın. Xainləri bağışlamaq olmaz. Onları tarix də bağışlamır", - deyə Füzuli Rzaquliyev vurğulayıb.

 

 

Qeyd edək ki, ötən gün Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib. 64 yaşlı Hüseynov Moskvadan İstanbula gələrkən vəziyyəti pisləşib. O, özəl xəstəxanalardan birinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək. Sabiq hökumət başçısı Gəncədə valideynlərinin məzarı yanında dəfn olunacaq.

Ölümü ilə yenidən gündəmə gələn “Qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynova münasibət birmənalı deyil. 1990-cı illərin siyasi proseslərinə yaxından bələd olan bir çox insanlar onu dövlət xaini kimi qələmə verir. Bəziləri isə Hüseynovla bağlı fərqli düşüncədədir. Onun törətdiyi əməllərə görə Azərbaycanda dəfn olunacağı xəbəri də xoş qarşılanmayıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə neqativ şərhlər daha çox diqqət çəkir. Tənqidçilər, xüsusilə müxalifət təmsilçiləri eks-baş nazirin Azərbaycanda dəfninin yolverilməz olduğunu bildirirlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar