Surət Hüseynovun ölüm xəbəri yayıldı - YENİLƏNİB 0
Surət Hüseynovun ölüm xəbəri təsdiqlənməyib.
Mubarizciler.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, S.Hüseynovun yaxınları bildiriblər ki, sabiq baş nazir komadadır:
"Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər".
***
Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.
Bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildiriblər.
64 yaşlı Hüseynov Moskvadan İstanbula uçan təyyarədə ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Sürət Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. O, 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
Surət Hüseynovun ölüm xəbərini Gununsesi.info saytı yayıb.
Xəbəri paylaş