Xəbər lenti

Xəyal Məmmədov: Böyük qayıdış proqramına əsasən Qarabağ və Şərqi Zəngəzura geri dönüş sürətləndirilir 0

Tarix: 25-07-2023 23:28     Baxış: 4 963

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işləri davam etdirilir.

Böyük qayıdış proqramına əsasən, Qarabağ və Şərqi Zəngəzura geri dönüş sürətləndirilir. Qısa müddət ərzində böyük irəliləyişlər əldə edilən ərazilərin bəzilərində artıq yaşayış üçün şərait yaradılıb.

Zəngilanın Ağalı kəndinin sakinlərindən sonra, Laçın sakinləri də öz doğma yurdlarına qayıtmağa hazırlaşırlar. Bunun üçün şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür.

İlkin olaraq isə, təhlükəsizliyin tam təmin olunması məqsədilə 2020-ci ilin noyabrından bu günə qədər 68 min hektardan çox ərazi minadan təmizlənib.

Qarabağ və Şərqi Zəngəzurun yol infrastrukturu da yenidən qurulur, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar dəmir və avtomobil yolları çəkilir.

Artıq Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu 123.6 km-lik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi üzrə işlərin 73%-i icra olunub.

Yol üzərində ümumi 27 körpü tikilib və onların 12-si artıq tamamlanmaq üzrədir.

Yük və sərnişin daşıma həyata keçiriləcək 9 stansiyadan ibarət Horadiz-Ağbənd dəmiryolunun tikintisi üzrə isə birinci mərhələdə işlərin 90%-i tamamlanıb.

2022-ci ilin may ayında təməli qoyulan Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində 330 kilovoltluq "Cəbrayıl" Qovşaq yarımstaniyasında işlər davam edir və yekun mərhələsinə daxil olub.

Qarabağ və Şərqi Zəngəzurdakı çaylarda su ehtiyatının monitorinqi və qiymətləndirilməsini aparmaq üçün 2021-ci ildən başlayaraq müasir avtomat stansiyalar quraşdırılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına xarici investorların cəlb edilməsi istiqamətində də mühüm addımlar atılıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tezliklə Azərbaycanın əsas dayaq nöqtələrindən birinə çevriləcəkdir.

Xəyal Məmmədov

Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar