Xəbər lenti

İcra başçısı bürünc mükafata layiq görülmüş güləşçi ilə görüşüb 0

Tarix: 25-07-2023 16:34     Baxış: 1 351

İmişli RİH başçısı bürünc mükafata layiq görülmüş güləşçi ilə görüşüb

 Mubarizciler.az-ın məlumatına görə,  İyulun 24-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən sərbəst güləş üzrə U-20 Avropa çempionatında bürünc mükafata layiq görülmüş və Dünya çempionatında iştirak etmək üçün vəsiqə qazanmış İmişli şəhər sakini, Mustafazadə Sadiq Qalib oğlu ilə görüş keçirib. Görüş zamanı ölkəmizdə idmana göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas  istiqamətlərindən biri olduğu vurğulanıb. Eyni zamanda bildirilib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq idman arenasında layiqli yerini tutmaqdadır. Sevindirici haldır ki, rayon təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanaraq beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalq kimi təmsil edirlər. İcra başçısı bürünc mükafata layiq görülmüş Sadiq Mustafazadəni qazandığı yüksək nailiyyəti münasibətilə təbrik edib, gələcək yarışlarında ona uğurlar arzulayıb. Həmçinin idmançımız RİH başçısının “Fəxri Fərman”ı ilə təltif edilib və qiymətli hədiyyə təqdim olunub.  

 Xatırladaq ki, İmişli Olimpiya İdman Kompleksində sərbəst güləşlə məşğul olmuş Mustafazadə Sadiq Qalib oğlu fəaliyyəti dövründə bir neçə dəfə Respublika birinciliyinin mükafatçısı və qalibi, iki dəfə Avropa çempionatının iştirakçısı olmuşdur. 30.06.2023-cü il tarixində İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən sərbəst güləş üzrə U-20 Avropa çempionatında 79 kq-da çıxış edən Sadiq Mustafazadə 3-cü yer uğrunda görüşdə türkiyəli Bekir Talib Öveclə üz-üzə gəlmiş və qarşılaşmadan 10:0 hesabı ilə qalib ayrılan Sadiq Mustafazadə bürünc mükafata layiq görülmüşdür.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar