Xəbər lenti

SON DƏQİQƏ: Hərbçilərin olduğu avtomobil qəzaya uğradı - Ölən və yaralanan var+Yenilənib 0

Tarix: 23-07-2023 00:38     Baxış: 1 904

Kəlbəcər rayonu ərazisində içərisində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.

Mubarizciler.az xəbər verir ki, dağlıq ərazidə avtomobilin aşması nəticəsində 1 hərbçimiz həlak olub, daha bir hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.

***

Hərbi Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.

 Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev "Qafqazinfo"ya bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Hazırda Kəlbəcər hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

(QAFQAZİNFO)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar