Xəbər lenti
8-05-2026, 14:49
 

Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun şəhidlik zirvəsinə ucaldığı gündür 0

Tarix: 20-07-2023 14:55     Baxış: 2 527

20 iyul Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Vüqar Hüseynovun şəhidlik zirvəsinə ucaldığı gündür.

Mubarizciler.az xatırladır ki, Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə Daşkəsəndə məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılır və həyatını cəbhə ilə bağlayır.

Vüqar Hüseynov Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər. Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur. Subay idi.

O əvvəlcə "Qırmızı Ulduz" ordeni ilə təltif olunur. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Doğulduğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir. Oxuduğu orta məktəb onun adını daşıyır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar