Xəbər lenti
10-09-2025, 09:44
 

Hərbçimiz faciəvi şəkildə vəfat etdi - YENİLƏNİB + VİDEO 0

Tarix: 13-07-2023 00:58     Baxış: 3 591


Ötən gün axşam saatlarında Yevlax rayonu ərazisində “Mercedes” markalı maşın Qarabağ kanalına aşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində avtomobilin sürücüsü Həsənəv Cavid suda boğularaq ölüb.

Onun meyiti bu gün günorta saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 2002-ci il təvəllüdlü Cavid Həsənov hərbçi idi. O, 3 ay əvvəl MAXE kimi ordu sıralarında xidmət etməyə başlamışdı. Cavid Həsənov hadisə zamanı avtomobildə tək olub.

12.07.2023, 18:08

Yevlaxda avtomobillə kanala düşən şəxsin meyiti sudan çıxarılıb.

“Report”un məlumatına görə, 2003-cü il təvəllüdlü Cavid Həsənovun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

12.07.2023, 13:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar