Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Vətən müharibəsi qazisi vəfat edib - FOTO 0

Tarix: 11-07-2023 14:06     Baxış: 3 199


Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan İlham Şahmar oğlu Dadaşov vəfat edib.

Mubarizciler.az xəbər verir ki, o, 48 yaşında uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, İ.Dadaşov 1975-ci ilin iyulun 5-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə yollanıb. Bir neçə rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə tabeliyində olan hərbçilərlə birlikdə iştirak edib.

O, 2020-ci ilin oktyabrın əvvəlində şiddətli döyüşlərin birində xəsarət alıb və müalicə üçün hospitala yerləşdirilib. Qısa müddət ərzində müalicəsini başa vuraraq yenidən döyüşlərə qatılıb.

İ.Dadaşov Vətən müharibəsi zamanı göstərdiyi igidliyə, şücaətə və qəhrəmanlığa, eləcə də döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və digər medallarla təltif edilib.

O, ailəli idi və iki övladı var.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar