Xəbər lenti

Vətən müharibəsi iştirakçısı boğulub öldü 0

Tarix: 27-06-2023 23:42     Baxış: 3 003

Lənkəranda Vətən müharibəsi iştirakçısı dənizdə boğularaq ölüb.

Mubarizciler.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində, dənizin nəzarətsiz hissəsində bir nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub.

Nazirliyin Cənub Regional Mərkəzinin sularda xilasetmə dəstəsi əraziyə cəlb olunub.

Məlum olub ki, boğulma ehtimalı olan gənc Vətən müharibəsi qazisi Lənkəran rayonunun Cil kənd sakini, 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadədir.

Görülən tədbirlər nəticəsində F.Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb.

Təcili Tibbi Yardım briqadası ona ilkin tibbi yardım göstərsə də, F.Yaqubzadənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar