Xəbər lenti
25-07-2026, 19:27
 

Oteldə ölən şəxs yüksək vəzifəli məmur imiş - YENİLƏNİB 0

Tarix: 27-06-2023 13:39     Baxış: 3 241

Oğuzda oteldə ölüm faktı qeydə alınıb.

Mubarizciler.az xəbər verir ki, hadisə Oğuz şəhərində yerləşən "Səma" oteldə baş verib.

Bakı şəhər sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər saatlarında oteldə ürəktutmasından vəfat edib.

Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gedib. Toydan çıxıb oteldə qalarkən özünü pis hiss edib. Gecə saatlarında təcili tibbi yardım çağırılıb.

Bu gün səhər otel əməkdaşları onu qaldığı otaqda ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

 

***

09:54

Mubarizciler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar