Xəbər lenti

Xəqani Muradov: Azərbaycan Ordusu artıq tam ideal bir orduya çevrilib 0

Tarix: 25-06-2023 23:46     Baxış: 2 646

26 İyun Azərbaycan Silahlı Qüvvələrinin günü kimi qeyd edilir.

Azərbaycan Ordusu artıq tam ideal bir orduya çevrilib. Azərbaycan Ordu sıralarında vətənpərvər,mərd və cəsur hərbiçilərimiz xidmət edir.

26 İyun Silahlı Qüvvələr günü ilə bağlı Dahi insan Ümumilli Lider Heydər Əliyev də bu sözləri demişdir: Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir

Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!

Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz.

Bu sözlər əbədi olaraq Azərbaycan xalqının yaddaşında qalacaq.

Azərbaycan Ordu sıralarında xidmət etiyim üçün çox xoşbəxətəm!

Yaşasın Azərbaycan Yaşasın Ali Baş Komandan Yaşasın Azərbaycan Ordusu!


Xəqani Muradov

Vətən müharibəsi Qazisi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar