Xəbər lenti

Özbəkistanın Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdə olub - FOTO 0

Tarix: 25-06-2023 19:43     Baxış: 2 142

Özbəkistanın Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

2021-ci ilin 1 noyabr tarixində Bakı şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının baş prokurorlarının birinci iclası çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev arasında imzalanmış “2022-2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə Özbəkistan prokurorluğunun nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

İyunun 23-də Baş prokurorun birinci müavini Elçin Məmmədov nümayəndə heyəti ilə görüşərək bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, ölkə başçılarının siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini vurğulayıb.

Özbəkistan Baş Prokurorluğunun nümayəndə heyətinin rəhbəri Şerzod Muxamatov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.

Daha sonra Əməkdaşlıq Proqramı çərçivəsində “Təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin aktual məsələləri” mövzusunda seminar keçirilərək hər iki prokurorluğun əməkdaşları təqdimatlarla çıxış ediblər.

 Seminar zamanı korrupsiya ilə mübarizə, xüsusən ali və orta təhsil müəssisələrində profilaktik maarifləndirici tədbirlərin təşkili və qanunvericilik sahələrində Azərbaycan Prokurorluğunun fəaliyyəti barədə geniş məlumat verilərək faydalı təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Tarix və Zəfər muzeyləri ilə tanış olublar. Azərbaycan Prokurorluğunun zəngin tarixi, xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.

Səfər çərçivəsində nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub. Həmçinin, səfər zamanı Heydər Əliyev Mərkəzində olan qonaqlara orada yerləşən muzey və dahi şəxsiyyətin fəaliyyətinə həsr edilmiş eksponatlar barədə ətraflı məlumat verilib.

Daha sonra Özbəkistan prokurorları 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu “Hərbi Qənimətlər Parkı”-nda olub, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar