Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboyda növbəti sel suları yenə fəsadlara səbəb oldu - FOTO 0

Tarix: 22-06-2023 19:47     Baxış: 2 835

Goranboyda  növbəti sel suları yenə fəsadlara səbəb oldu.

Bildiririk ki, 22.06.2023-cü il tarixdə, saat 15:00-15:30 radələrində baş verən leysan yağışları nəticəsində Kürəkçay çayında suyun səviyyəsi artmış, yaranan sel suları Goranboy rayonun  Nizami, Dəyirmanlar,  Azad, Borsunlu və Nadirkənd kəndləri ərazisində  əkin sahələrinə, yol infrastrukturuna,  Azad-Nizami avtomobil yolunda olan körpüyə və Todan kəndində 1 fərdi yaşayış evinin yardımçı tikilisinə ziyan vurmuş,  Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə və zirzəmisinə dolmuşdur.  

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslər  və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə mövcud vəziyyətlə yerində maraqlandı.

Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən  müvafiq texnikalar  əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində  işlər davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar