SON DƏQİQƏ: Goranboyda Şəhid atası dünyasını dəyişib - FOTO 0
Goranboyda Şəhid atası dünyasını dəyişib.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayon Eyvazlılar kənd sakini, 1-ci Qarabağ müharibəsi Şəhidi Rauf Eldar oğlu Məmmədovun atası Eldar Qağamkişi oğlu Məmmədov 20.06.2023-cü il tarixində uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.
Mərhum Eldar Qağamkişi oğlu Məmmədov bu gün Boluslu kənd qəbristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Eldar Məmmədovun iki oğul övladı 1-ci Qarabağ müharibəsinin iştrakçısı olmuş, Rauf Məmmədov Şəhidlik məqamına ucalmış Müşfiq Məmmədov isə müharibə veteranıdır.
Eyni zamanda nəvəsi Eldar Müşfiq oğlu Məmmədov isə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuş, Sentyabr hadisələrində Kəlbəcər istiqamətində gedən föyüşlərdə iştrak edərək müharibə veteranı adına layiq görülmüşdür. Bununla yanaşı nəvəsi Məmmədov Hüseyn Rasim oğlu isə 44 günlük Vətən müharibəsinin könüllüsü olmuşdur.
Mubarizciler.az xəbər portalının əməkdaşları olaraq Şəhid atasının dünyasını dəyişməsindən kədərlənərək ailəsinə dərin hüzünlə başsağlığı veririk.
Allah rəhmət eləsin.
Elçin Tağıyev.
Xəbəri paylaş