Şəhər 2 saylı tam orta məktəbin pedaqoji şurası keçirildi - FOTO
PEDAQOJİ ŞURANIN BİRİNCİ YARIMİLLİK HESABATI KEÇİRİLDİ.
Goranboy şəhər 2saylı tam orta məktəbin 27.01.2023-cü il tarixində rəhbərlik tərəfindən pedaqoji şura keçirildi. Məktəbin Direktoru ,Təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən ilk yarimilliyin hesabatı verildi. Məktəbin 4a sinif müəllimi Hüseynova Gülşən, 5d sinif rəhbəri Aslanova Tahirə, 7a sinif rəhbəri Namazova Natiqə, 11a sinif rəhbəri Əsgərova Tahirə öz çıxışlarında məktəbin və şagirdlərin problemlərinin həll edilməsi yolunda fikirlərini irəli sürdülər. Məktəbin direktorunun , müəllimlərin və müavinlərin çıxışları dinlənildi . Məktəbə yeni təyin olunmuş rəhbərlik qarşıda duran problemlərin həll edilməsi yolunda yeni qərarlar qəbul olundu. Az müddət ərzində məktəb də təhsilin keyfiyyətini yüksəltmək üçün bir çox işlər görüldüyünü , məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini müəllimlərə onların II yarımildə daha məsuliyyətli çalışmalarını nəzərlərinə çatdırdı. Goranboy şəhər 2saylı tam orta məktəb hər zaman Respublika səviyyəsində uğurları ilə seçilən məktəb sıralarında olmuş.
Sonda Təhsil Sektorunun əməkdaşı Kifayət Rzayeva müəllimlərə tövsiyyələr verdi .
Xəbəri paylaş