Xəbər lenti

Goranboyda dəhşətli qəza: İki hərbiçi dünyasını dəyişdi 0

Tarix: 16-05-2023 09:39     Baxış: 3 661

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev "Mercedes" markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mubarizciler.az-ın əldə etdiyi məlumata görə, qəzada ölənlərin hər ikisi hərbçidir. Belə ki, Nicat Nəbiyev N saylı hərbi hissədə müddətdən artıq qulluq edən əsgər, Elvin Quliyev isə gizir kimi xidmət aparırmış.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar