Xəbər lenti
24-03-2023, 23:17
 

Goranboy şəhərində Mini Parkın salınması ilə bağlı işlər aparılır - FOTO

Tarix: 17-03-2023 22:32     Baxış: 248

Goranboy şəhərində Mini Parkın salınması ilə bağlı işlər aparılır.

Goranboy rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən Goranboy  şəhərində son illərdə geniş vüsət alan əsaslı tikinti, quruculuq, bərpa və abadlıq işləri rayonumuzun simasına müasirlik gətirməklə yanaşı, həm də rayon sakinlərinin zövqünü oxşayır. Xüsusən də, Goranboy şəhəri ərazisində  Park, Xiyaban,  küçə və səkilərin abadlaşdırılması, yeni ağac və gül kollarının əkilməsi, küçələrə yeni asfalt örtüyünün salınması və gecə işıqlandırılmasının qurulması şəhər ictimaiyyəti və şəhərə gələn qonaqlar tərəfindən yüksək dəyərləndirilir. Məlumat üçün bildiririk ki, cari ildə icrası nəzərdə tutulan işlər çərçivəsində, şəhərin Nizami, M.Məhərrəmov, A.Heydərov, B.Bağırov, R.Aslanov, E.Bağırov, E.Namazoğlu, Z.Əliyev, P.Zeynalov, Vaqif, M.Ə.Rəsulzadə, H.Cavid, Ş.Qurbanov, C.Məmmədquluzadə, S.Vurğun, Dədə Qorqud, Q.Əmiraslanov, M.Nağıyev və Ü.Hacıbəyli küçələrində və Şəhər Məscidin qarşısında  abadlıq  və gecə işıqlandırma sisteminin qurulması işləri başa çatdırılmışdır. Ötən hesabat ilində  Goranboy şəhərinin 19 küçəsində əsaslı abadlıq-quruculuq, yenidənqurma  işləri həyata keçirilmiş, küçələrə yeni asfalt salınmış, gecə işıqlandırılması təmin edilmişdir. Cari ildə də şəhərin 20-yə yaxın küçələrində müvafiq işlərin aparılması nəzərdə tutulmuşdur. Goranboy şəhərində aparılan genişmiqyaslı işlər çərçivəsində, hazırda Goranboy-Ağcakənd avtomobil yolunun sol tərəfində, şəhərin Civəzadə küçəsində müasir üslubda Mini Parkın salınması ilə bağlı, əsaslı işlər aparılır.  

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, yeni salınan Parkda aparılan işlərlə yerində tanış oldu, şəhərin bir neçə küçəsində icrası nəzərdə tutulan işlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirdi. Şəhər sakinləri ilə səmimi söhbət edən İcra Başçısı, onların müraciətlərini yerində dinlədi, sosial qayğıları ilə maraqlandı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar