Goranboyun İcra başçısı rayonun 58-ci məhəlləsində aparılan abadlıq, yenidənqurma və yol çəkilişi işləri ilə yerində tanış oldu Fotolar + Yenilənib

Goranboy şəhərinin 58-ci məhəlləsində abadlıq və yenidənqurma işləri davam etdirilir
Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, Goranboy şəhərinin 58-ci məhəlləsində aparılan abadlıq, yenidənqurma və yol çəkilişi işləri ilə yerində tanış oldu.
Rayon rəhbəri işlərin keyfiyyətlə, müəyyən olunmuş tələblərə uyğun aparılması, məhəllənin kommunikasiya sistemlərinin nəzərə alınması, məişət tullantılarının vaxtında ərazidən daşınması və sanitar-təmizlik qaydalarına riayət olunması ilə bağlı aidiyyəti şəxslərə tapşırıq və tövsiyələrini verdi.
İcra başçısı ərazidə bir qrup məhəllə sakini ilə görüşərək aparılan işlərin ərazinin ümumi görkəminin yaxşılaşdırılmasına, nəqliyyat və piyada hərəkətinin rahatlığının təmin edilməsinə, eləcə də sakinlərin yaşayış şəraitinin daha da yüksəldilməsinə xidmət etdiyini vurğuladı.
Sakinlər göstərilən diqqət və qayğıya görə Ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.






Xəbəri paylaş







































0772703001 