Xəbər lenti

Naftalanda qanvermə aksiyası keçirilib Fotolar

Tarix: 13-10-2026 16:49     Baxış: 756

Naftalan Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi, Respublika Qan Bankının birgə təşkilatçılığı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanasında “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası keçirilib.

Mubarizciler.az xəbər verir ki, Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları qanvermənin faydaları barədə aksiya iştirakçılarını məlumatlandırıblar. Hər bir donor tibbi müayinədən keçdikdən sonra qan analizi götürülüb və aksiyaya qoşulmalarına dair rəy verilib.

Aksiyada Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, Şəhər Polis Şöbəsinin rəisi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların, hotel və müalicə mərkəzlərinin rəhbərləri və əməkdaşları, könüllülər iştirak edərək ehtiyat qan bankının fondunun zənginləşdirilməsinə dəstək olublar.

Humanizm prinsiplərinə əsaslanan bu kimi tədbirlər, ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması və könüllü donor xidmətinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Respublika Qan Bankı tərəfindən ölkədə Qan donorluğunun təşkilatçılığında fəal iştiraka və dəstəyə görə ŞİH-nə “Təşəkkürnamə” təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar