Xəbər lenti
15-09-2026, 17:52
 

“İsgəndər Cavadov uzun illər prokurorluqda səmərəli fəaliyyət göstərib” Fotolar

Tarix: 24-09-2026 14:48     Baxış: 567

Uzun illər prokurorluq orqanlarında xidmət etmiş Azərbaycan Prokurorluğunun veteranı İsgəndər Cavadovun 70 illik yubileyinin tamam olması ilə əlaqədar tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və digər əməkdaşlar iştirak ediblər.

Baş prokuror çıxış edərək İsgəndər Cavadovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bununla yanaşı İsgəndər Cavadovun uzun illər ərzində prokurorluq orqanlarında səmərəli xidmət göstərdiyini, Azərbaycan idmanının inkişafına mühüm töhfələr verdiyini, xüsusilə gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması, idmana marağın və fəallığın təşviq olunmasında mühüm rol oynadığını vurğulayıb.

Çıxışlarda İ.Cavadovun idman sahəsində uzun illər ərzində göstərdiyi fəaliyyətdən, əldə etdiyi uğurlardan və gənc nəslin idmana marağının artırılması istiqamətində gördüyü işlərdən söz açılaraq, onun öz fəaliyyəti və həyat yolu ilə gənclər üçün örnək və nümunə olduğu vurğulanıb.

İsgəndər Cavadov yubileyi münasibətilə söylənilən xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirib. O, ölkə başçısının diqqət və qayğısını hər zaman hiss etdiyini qeyd edərək, bunun bariz nümunəsi kimi Prezident ilham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmasını vurğulayıb. Həmçinin idman sahəsində fəaliyyəti dövründə Ümummilli Lider Heydər Əliyevin daim yüksək ehtiram və dəstəyini hiss etdiyini xüsusi qeyd edib.

İ.Cavadov prokurorluq orqanlarında qulluq keçmənin qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə daim göstərilən dəstək və hörmətə görə dərin minnətdarlığını ifadə edib.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar