Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda Dövlət Proqramından irəli gələn məsələlərin uğurla icrası davam edir Fotolar + Yenilənib

Tarix: 23-09-2026 20:12     Baxış: 630

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə aqrar sahənin inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir.

Dövlət Proqramında kənd təsərrüfatında intensiv və rəqabətqabiliyyətli istehsal modelinin genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin sürətləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar dəyər zəncirinin inkişaf etdirilməsi, istehsalçıların müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, emal və logistika infrastrukturunun gücləndirilməsi, yerli istehsalın və ixrac potensialının artırılması əsas prioritetlər sırasında müəyyənləşdirilir.

Proqram çərçivəsində, həmçinin iqlimə davamlı və innovasiya əsaslı kənd təsərrüfatı istehsalına keçidin sürətləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və regionlarda aqrar fəaliyyətin səmərəliliyinin yüksəldilməsi nəzərdə tutulur.

Mubarizciler.az xəbər verir ki, Dövlət Proqramının regionlarda icrasının təmin edilməsi, yeni layihələrin vəziyyətinin öyrənilməsi, qarşıya qoyulan hədəflərin reallaşdırılması istiqamətində görülən işlərin qiymətləndirilməsi məqsədilə Goranboy rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların icra vəziyyətinin monitorinqləri davam etdirilir.

Növbəti monitorinq çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, eləcə də rayonda yaradılmış Qərargahın üzvləri tərəfindən “MİRA” MMC-nin fəaliyyətinə baxış keçirildi.

Baxış zamanı təsərrüfatda mövcud istehsal imkanları, həyata keçirilən aqrar layihələr, intensiv meyvə bağlarının inkişafı, məhsuldarlığın artırılması istiqamətində görülən işlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər müzakirə olundu.

Goranboy rayonunda fəaliyyət göstərən “MİRA” MMC müasir aqrar yanaşmaların tətbiqi, intensiv bağçılığın inkişaf etdirilməsi, istehsal həcminin artırılması və kənd təsərrüfatında innovativ texnologiyalardan istifadənin genişləndirilməsi istiqamətində fəaliyyət göstərən təsərrüfatlardan biridir.

Təsərrüfat tərəfindən intensiv meyvə bağlarının sahəsinin əlavə 17 hektar artırılaraq 145 hektara çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində məhsuldarlığın 190,9 sentnerə, məhsul istehsalının isə 1 806,08 tondan 27 680,5 tona çatdırılması hədəflənir.

Qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə əlavə 15 hektar torpaq sahəsinin əldə edilməsi istiqamətində danışıqlar aparılır. Eyni zamanda, təsərrüfatın gələcək inkişafı, bağların sort tərkibinin təkmilləşdirilməsi və istehsal potensialının genişləndirilməsi məqsədilə 2027-ci ilin yanvar ayında Türkiyə Respublikasından meyvə ağaclarının sifariş edilməsi planlaşdırılır.

Monitorinq zamanı qeyd olundu ki, belə layihələrin genişləndirilməsi regionlarda kənd təsərrüfatının istehsal potensialının artırılmasına, yeni texnologiyaların tətbiqinə, məhsuldarlığın yüksəldilməsinə və aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verə bilər.

Goranboy rayonunda aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən layihələrin icrasının yerində öyrənilməsi və qarşıya qoyulan hədəflərin reallaşdırılmasına nəzarətin davam etdirilməsi regionda kənd təsərrüfatının müasir tələblər əsasında inkişafına yönəlmiş tədbirlərin mühüm tərkib hissəsidir.

Goranboyda aqrar sahənin inkişafı, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və yeni istehsal imkanlarının yaradılması istiqamətində işlər davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar