Xəbər lenti

Goranboyun İcra başçısı cüdo üzrə beynəlxalq turnirin qalibi ilə görüşdü Fotolar

Tarix: 09-09-2026 17:44     Baxış: 1 946

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Polşa Respublikasının Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə qalib olan goranboylu idmançı Ayxan Abbaszadə ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, Görüş zamanı Məhərrəm Quliyev gənc idmançını qazandığı yüksək nailiyyət münasibətilə təbrik edərək, onun beynəlxalq turnirdə əldə etdiyi uğurun Goranboy rayonunda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin və idmançılar üçün yaradılmış əlverişli şəraitin nəticəsi olduğunu bildirdi. 

Məhərrəm Quliyev idmançının qarşıdakı yarışlarda da uğurlu nəticələr qazanacağına əminliyini ifadə edərək, ona yeni nailiyyətlər arzuladı.

Sonda beynəlxalq turnirin qalibi Ayxan Abbaszadəyə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim olundu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar