Xəbər lenti
2-09-2026, 15:00
 

Goranboyda Deputatın təşəbbüsü ilə şəhid ailəsinin müraciəti həllini tapıb Fotolar

Tarix: 07-09-2026 12:29     Baxış: 749

Goranboyda şəhid ailəsinə göstərilən diqqət və qayğının növbəti nümunəsi.

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri Xanqərvənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Yaşar Ağalarovun və Vətən müharibəsi şəhidi Nahid Ağalarovun ailəsinin yaşadığı evə gedən yolun asfaltlanması ilə bağlı görülmüş işlərlə yerində tanış oldular.

Milli Məclisin deputatı Anar Məmmədovun şəxsi təşəbbüsü ilə mərkəzi avtomobil yolundan şəhid ailəsinin yaşadığı evə qədər olan 600 metr məsafədə salınan asfalt örtüyünə və görülmüş işlərə baxış zamanı yolun vəziyyəti, şəhid ailəsinin rahat gediş-gəlişinin təmin olunması məsələləri nəzərdən keçirildi.

Daha sonra Məhərrəm Quliyev, Anar Məmmədov, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri şəhid ailəsini ziyarət etdilər.

Görüş zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanılaraq, onların müraciətləri dinlənildi.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz qəhrəmanlığın və fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağını bildirərək Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, ailələrinin sosial-məişət məsələlərinin diqqətdə saxlanılması və onların problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd etdi.

Milli Məclisin deputatı Anar Məmmədov çıxışında Azərbaycan xalqının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin daim uca tutulduğunu vurğulayaraq şəhid ailələrinin hər zaman dövlətin və cəmiyyətin diqqətində olduğunu bildirdi.

Rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri də çıxışlarında şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdikləri fədakarlıqdan söz açaraq, onların əziz xatirəsinin gələcək nəsillərə örnək, şəhid ailələrinə göstərilən ehtiram və diqqət milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissəsi olduğunu bildirdilər.

Qəhrəman Şəhidlərimizin atası Musa Ağalarov şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü və dərin minnətdarlığını ifadə etdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar