Xəbər lenti
2-09-2026, 15:00
 

Goranboyda yeni inşa olunan internat tipli gimnaziyada tikinti işlərinin gedişinə baxış keçirildi Fotolar

Tarix: 05-09-2026 13:48     Baxış: 672

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhərində yeni inşa olunan Rəsul Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziyada aparılan tikinti işlərinin mövcud vəziyyəti ilə yerində tanış oldu.

Mubarizciler.az xəbər verir ki, baxış zamanı gimnaziyada görülən işlərə, tikinti prosesinin hazırkı mərhələsinə və layihə üzrə nəzərdə tutulan işlərin icra vəziyyətinə diqqət yetirildi. 

Aidiyyəti məsul şəxslər tərəfindən layihənin gedişi, görülmüş işlər və növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə rayon rəhbərinə ətraflı məlumat verilərək bildirildi ki, yeni təhsil müəssisəsinin müasir tələblər əsasında inşası şagirdlərin təlim-tərbiyəsi, yaşayışı və hərtərəfli inkişafı üçün əlverişli və müasir şəraitin yaradılmasına imkan verəcək. Gimnaziyada tədris prosesinin səmərəli təşkili ilə yanaşı, şagirdlərin sosial və fərdi inkişafına xidmət edən zəruri infrastrukturun yaradılması nəzərdə tutulur.

Rayon İcra Hakimiyyətinin başçısı tikinti işlərinin gedişini qiymətləndirərək aidiyyəti şəxslərə layihənin müəyyən edilmiş tələblərə uyğun və keyfiyyətlə icra olunması, işlərin layihə-smeta sənədlərinə əsasən aparılması, tikinti zamanı texniki və təhlükəsizlik normalarına ciddi əməl edilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi.

Qeyd edək ki, 2024-cü ildə tikintisinə başlanılmış 320 şagird yerlik müasir təhsil müəssisəsi 7 korpusdan, 17 sinif otağından, 48 yerlik yataqxanadan, inzibati və yardımçı otaqlardan, eləcə də şagirdlərin təhsil və yaşayış şəraitinin təmin olunmasına xidmət edəcək digər zəruri infrastruktur bölmələrindən ibarət olacaq.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar