Xəbər lenti
2-09-2026, 15:00
 

Ağstafada vətəndaşların növbəti səyyar qəbulu Köçəsgər kəndində keçirilib Fotolar

Tarix: 04-09-2026 18:05     Baxış: 420

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda məsul şəxslər və kənd sakinləri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, Səyyar görüşdə giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının bugünkü tərəqqisi və inkişafına xidmət edib. Ulu Öndər tərəfindən əsası qoyulan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ildən-ilə güclənir, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir, eyni zamanda, bütün sahələrdə dinamik inkişafı, qüdrətli ordusu ilə regionda lider dövlətə çevrilib.

Vətəndaşların qaldırdıqları məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq göstərişlər verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar