Xocavənd qəsəbəsində vətəndaşların müraciətləri dinlənilib Fotolar

04 sentyabr 2026-cı il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar görüşü keçirilib.
Mubarizciler.az xəbər verir ki, Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirdi ki, dövlətimizin xarici və daxili siyasət kursunun uğurla həyata keçirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi və regional liderliyinin təmin olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çoxşaxəli və dinamik fəaliyyət davam etdirilir.
Ötən bir ay ərzində ölkə rəhbərinin keçirdiyi görüşlər, qəbullar və xarici səfərlər Azərbaycanın həm ikitərəfli müstəvidə, həm də Türk dünyası və mötəbər beynəlxalq təşkilatlarla əlaqələrinin keyfiyyətcə yeni, strateji mərhələyə qədəm qoyduğunu bir daha sübut edir.
Son bir ayın mühüm diplomatik gündəliyinə nəzər salsaq, ölkə başçımızın xüsusilə Qardaş Özbəkistan Respublikasına dövlət səfərini və Qırğızıstan Respublikasına işgüzar səfərini xüsusi vurgulamalıyıq:
Avqust ayının 23-24 tarixlərində cənab Prezidentin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında tarixi bir mərhələ olmuşdur. Səfər çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə keçirilən yüksək səviyyəli görüşlər, imzalanan mühüm sənədlər və Ali Dövlətlərarası Şuranın iclası iqtisadi, ticarət, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsinə böyük təkan vermişdir.
Avqust ayının sonu və sentyabrın ilk günündə isə ölkə başçısının Qırğızıstana işgüzar səfəri baş tutmuşdur. Səfər çərçivəsində cənab Prezident Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində və "ŞƏT plyus" formatlı iclasda çıxış etmiş, Azərbaycanın çoxtərəfli diplomatiyaya, regional təhlükəsizliyə və nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələri bəyan etmişdir. Bununla yanaşı, səfər çərçivəsində keçirilən ikitərəfli görüşlər Qırğızıstan ilə müttəfiqlik əlaqələrimizin və Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyimizin daha da möhkəmlənməsinə xidmət etmişdir.
Bununla yanaşı, ötən dövr ərzində ölkəmizdə beynəlxalq təşkilatların nümayəndə heyətləri və xarici qonaqlarla keçirilən qəbullar da dövlətimizin qlobal miqyasda artan nüfuzunu bir daha nümayiş etdirir.
Toplantıda xüsusi olaraq vurğulanmışdır ki, işğaldan azad edilmiş torpaqlarımızda irimiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri ardıcıl olaraq reallaşdırılır, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Bu zəncirin mühüm bir hissəsi kimi Xocavənd rayonu istiqamətində də məskunlaşma prosesi yüksək dinamikayla davam edir; belə ki, 2025-ci ilin oktyabr ayından etibarən keçən müddət ərzində rayonun 8 yaşayış məntəqəsinə 1027 ailə — ümumilikdə 4246 sakinin öz ata-baba yurdlarına qayıdışı təmin edilmişdir. Görüşün yekununda qəbulda iştirak edən hər bir sakinin müraciət və təklifləri fərdi qaydada dinlənilmişdir.



Xəbəri paylaş







































0772703001 