Xəbər lenti
2-09-2026, 15:00
 

Şəmkirdə tələbə adını qazanan məzunlarla görüş keçirilib Fotolar

Tarix: 04-09-2026 17:49     Baxış: 364

Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, Şəmkir rayonunun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Şəmkir RİH başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Rayon Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, məktəb direktorları, yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Rəşad Tağıyev tələbə adını qazanan məzunları yüksək nəticə münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

İcra başçısı bildirib ki, hər bir gəncin yüksək nəticə göstərərək ali məktəbə qəbul olması yalnız onun şəxsi uğuru deyil, eyni zamanda ailələrinin və müəllimlərinin böyük əməyinin nəticəsidir. 

Rəşad Tağıyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin inkişafında təhsilin və savadlı gənc nəslin xüsusi əhəmiyyət daşıdığını daim vurğulayıb. Ulu Öndərin müəyyən etdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil infrastrukturunun yaradılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və gənclərin geniş təhsil imkanları ilə təmin olunması istiqamətində mühüm layihələr həyata keçirilir. Rəşad Tağıyev Birinci vitse-prezident Mehriban Əliyevanın da təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayaraq bildirib ki, dövlət başçımızın və Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən müxtəlif layihələr, xüsusilə təhsil müəssisələrinin yenilənməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər gənc nəslin daha yaxşı şəraitdə təhsil almasına mühüm töhfə verir. Dövlətimizin gələcəyinin savadlı, vətənpərvər və peşəkar gənclərdən asılı olduğunu bildirən icra başçısı tələbə adını qazanan gənclərin gələcəkdə öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına töhfə verəcəklərinə, dövlətimizə və xalqımıza layiqli mütəxəssislər kimi xidmət göstərəcəklərinə əminliyini ifadə edib.

Çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri göstərilən diqqət və qayğıya, eləcə də yüksək nəticə göstərən gənclərlə belə bir görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara göstərilən etimadı doğrultmaq üçün bundan sonra da həvəslə çalışacaqlarını, seçdikləri ixtisaslar üzrə yüksək biliklərə yiyələnərək dövlətimizə layiqli vətəndaş kimi xidmət edəcəklərini qeyd ediblər.

Sonda qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar