Goranboyda yüksək balnan ali məktəblərə qəbul olan məzunlarla görüş keçirildi Fotolar

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədovun iştirakı ilə rayon İcra Hakimiyyətinin inzibati binasında ali məktəblərə yüksək balnan qəbul olan məzunlarla görüş keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev məzunları ali məktəblərə qəbul olmaları və yüksək nəticələr göstərmələri münasibətilə təbrik edərək, onların qazandıqları uğurların rayonun təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, müəllimlərin fədakar əməyinin, valideynlərin diqqət və qayğısının, eləcə də məzunların göstərdikləri əzmkarlığın nəticəsi olduğunu bildirərək gənclərə ali təhsil mərhələsində də yüksək nəticələr əldə etməyi, seçdikləri ixtisas üzrə peşəkar mütəxəssis kimi formalaşmağı və gələcəkdə ölkəmizin inkişafına öz töhfələrini verməyi arzuladı.
Milli Məclisin deputatı Anar Məmmədov çıxışında məzunların yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olmalarını təqdirəlayiq hal kimi qiymətləndirərək gəncləri qazandıqları uğurları daha böyük nailiyyətlərlə davam etdirməyə, təhsilə və elmə xüsusi önəm verməyə çağıraraq, gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı.
Tədbirdə çıxış edən digər natiqlər də məzunların əldə etdikləri yüksək nəticələrin əhəmiyyətindən danışaraq, onları təbrik etdilər və gələcək təhsil həyatlarında uğurlar arzuladılar.
Tədbirdə 500–700 bal intervalında yüksək nəticə göstərmiş, ümumilikdə 53, o cümlədən 600-dən yuxarı bal toplamış 11 məzuna rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edildi.
Sonda xatirə şəkili çəkdirildi.





Xəbəri paylaş







































0772703001 